Главная > Cəmiyyət > “Rusiya rəsmiləri hamıdan yaxşı bilirlər ki...” – Aslan İsmayılov
“Rusiya rəsmiləri hamıdan yaxşı bilirlər ki...” – Aslan İsmayılov23-01-2021, 14:08. Разместил: azadses |
“9 Noyabr sazişinə Rusiyanın imza atmasının qeyri-səmimi, məcburi olmasını bu yaxınlarda Xarici İşlər naziri Sergey Lavrov bir daha təsdiqlədi. Saziş bağlanan gündən Ermənistanda baş verənlər onu göstərdi ki, özünə vurğun olan ermənilər Azərbaycan Ordusunun Şanlı Qələbəsini, özünün isə acı məğlubiyyətini heç cür həzm edə bilmirlər və həmişə olduğu kimi Rusiyanın köməkliyi ilə revanş arzulayırlar. Buna görə də sülh bağlanan gündən silahlı qüvvələrini Dağlıq Qarabağdan geri çəkmək əvəzinə, hələ meyidlərini döyüş bölgələrindən yığmamış yeni qurbanlarını “Rus sülhməramlıları”nın nəzarətində olan Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa göndərməyi davam etdilər. İndi də müharibənin noyabrın 10-da bitməsinə baxmayaraq noyabrın 26-da Dağlıq Qarabağa göndərdikləri terrorçuları dünyaya əsir kimi təqdim edib şüvən qoparıblar. Özü də Sumqayıt hadisələrində olduğu kimi özlərinin qurbanlıqlarını günü gündən şişirtməklə məşğuldurlar”. ''Azad Səs''-in xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib. A.İsmayılov qeyd edib ki, 62 nəfər artıq 1000-ə çatıb: “Əminəm ki, bu manipulyasiya hələ çox davam edəcək. Ona görə də imkanı olan hər azərbaycanlı bu mövzunu bütün dünyaya açıqlamalıdır. Dünya bilməlidir ki, müharibə dövrü əsir düşmüşlər bağlanmış sazişə əsasən hamının hamıya prinsipi ilə tərəflərə qaytarılıblar. Özü də bu zaman erməni əsirləri onlarla dəfə çox olub. Bu gün manipulyasiya predmeti olan rəqəm isə 62-dir və bunlar əsir yox terrorçudurlar, çünki müharibə noyabrın 10-u bitib, bu silahlı şəxslər sərhədlərimizi “rus sülhməramlı”larının təşkilatçılığı ilə noyabrın 26-da keçiblər və bizim ərazilərdə əllərində silah cinayət törədiblər. Ona görə də, Beynəlxalq humanitar hüquq normalarına, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə Konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər. Rusiyanın bu açıq-aşkar fakt üzərindən “Hələ danışıqlar gedir” ifadələri isə bölgədə öz istəklərini həyata keçirmək və istədikləri vaxtı müharibəni yenidən alovlandırmaq məqsədi daşıyır. Rusiya rəsmiləri hamıdan yaxşı bilirlər ki, həmin şəxslər sərhədləri nə vaxt, hansı silahlarla keçiblər və onlar əsir yox, onlar diversant və terrorçudurlar və Azərbaycan tərəfi onları məhz bu statusda zərərsizləşdirib. Unutmamalıyıq ki, Vətən Müharibəsi bitsə də, mübarizəmiz davam edir” Вернуться назад |