Главная > Cəmiyyət > Rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA
Rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA23-01-2021, 13:41. Разместил: azadses |
![]() Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Nuridə Allahyarova bununla bağlı quruma hər hansı bir məlumatın daxil olmadığını bildirib: "Rayonlararası və şəhərlərarası sərnişindaşıma xidmətinin fəaliyyətinə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq mart ayından məhdudiyyət qoyulub". Qeyd edək ki, 2020-ci ilin mart ayında Nazirlər Kabineti ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edib. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb. Qaynarinfo Вернуться назад |