Главная > Cəmiyyət > Minlərlə adamı öldürən virusdan qorunmaq üçün bunları edin
Minlərlə adamı öldürən virusdan qorunmaq üçün bunları edin27-02-2020, 09:40. Разместил: azadses |
Hamının bilməli olduğu ehtiyat tədbirləri Çində ortaya çıxan, minlərlə insanın ölümünə səbəb olan kornavirus təhlükəsi günü-gündən böyüyür. Azadsəs bu gün "Covid-19"a dair hamının bilməli olduğu məlumatları bölüşür. Bəz şəxslər heç bir xəstəlik əlaməti göstərmədən də bu virusu yaya bilər. Ümumiyyətlə öskürək və asqırmaq kimi əlamətlərə diqqət önəmlidir. Baş ağrısı, temperatur da virusun digər əlamətləri hesab edilir. Tənəffüs almaqda çətinlik isə dərhal həkimə müraciət etmək üçün ən əsas şərtdir. Virusdan qorunmaq üçün əlləri gün ərzində geci 2 saat fasilə ilə bol sabun ilə yuyun. Azı 30 saniyə ovxalamaq şərti ilə. Şübhəli yerlərdə yuyunarkən, qapı açıb-bağlayarkən kağız salfetlərdən istifadə edin. Məktəbdən qayıdan uşaqların gigiyenasına diqqət edin, mümkünsə hər gün duş aldırın. Əl sıxmaq, öpüşmə kimi salamlaşma formalarından uzaq durun. Qızdırma, öskürək, asqırması olan insanlarla təmasdan çəkinin. Əgər təmasınız olubsa dərhal əllərinizi yuyun. Gündə 4-5 dəfə duzlu su ilə qarqara edin. Evinizi, iş yerinizi tez-tez havalandırın. Qidalanma, yuxu, şəxsi gigiyena məsələlərində daha diqqətli olun. Qızdırması olan uşaqları məktəbə, bağçaya göndərməyin. Eyni əlamətləriniz varsa işə getməyin, ev şəraitində qalın. İmmun sistemini azalda biləcək əlavələr, dərmanlardan uzaq durun. Çiy, heyvani qidaları diqqətlə istifadə edin, bişirilmədən yeyilən məhsullardan uzaq durun. İmmun sistemini meyvə-tərəvəz kimi təbii məhsullarla möhkəmləndirin. Qeyd edək ki, xəstəliyə daha həssas təbəqə yaşlılar, uşaqlar, xəstələr, hamilə qadınlardır. Lakin qoruyucu vasitələrdən bütün yaş qrupunda insanların istifadəsi şərtdir. Вернуться назад |