Главная > Cəmiyyət > Ramiz Mehdiyev AMEA-da yeni idarə, şöbə və sektor yaratdı – SİYAHI

Ramiz Mehdiyev AMEA-da yeni idarə, şöbə və sektor yaratdı – SİYAHI


23-01-2021, 09:07. Разместил: azadses
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının strukturunda dəyişikliklər edilib.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu, AMEA prezidenti Ramiz Mehdiyevin imzaladığı “AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında” qərarda öz əksini tapıb.

Qərara əsasən, akademiyada Rəyasət Heyəti Aparatının rəhbərliyi vəzifəsi və AMEA üçün ayrılmış büdcə vəsaitlərinin istifadəsinə mərkəzi nəzarəti gücləndirmək üçün AMEA Rəyasət Heyəti aparatının strukturunda Xüsusi təchizat və xidmət idarəsi yaradılıb. Akademiyanın elmi müəssisə və təşkilatlarında, təchizat və xidmət sahələrində fəaliyyətin əlaqələndirilməsi və bu sahəyə nəzarət Xüsusi təchizat və xidmət idarəsinə həvalə edilib.

 

Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək, bu istiqamətdə şəffaflığı təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti aparatının Maliyyə şöbəsinin strukturunun və idarəedilməsinin yeniləşdirilməsi istiqamətində konkret tədbirlər həyata keçiriləcək. Həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarına rəhbərlik baş direktor və icraçı direktor vasitəsilə həyata keçiriləcək.

 

Qərara əsasən, AMEA-nın elmi müəssisə və təşkilatlarında təsərrüfat, təchizat, texniki təminat və digər bu istiqamətlər üzrə fəaliyyətin yeni əsaslarla təşkili üçün Təchizat və xidmət şöbəsi və AMEA-nın Təchizat və Xidmət Mərkəzinin nəzarəti altında Virtual təcrübi-analitik sektor yaradılıb.

 

Təbiət və texniki elmlər ilə məşğul olan , böyük və xüsusi avadanlıqların mövcud olduğu müəssisələrdə baş mühəndis vəzifəsi təsis edilib.

 

Eyni zamanda AMEA-nın elmi müəssisə və təşkilatlarının ştat cədvəlinə innovasiya üzrə menecer ştatları daxil edilib.


Вернуться назад