Главная > Cəmiyyət / Manset > Məktəblər 2 həftəlik açılır, SONRA İSƏ... - Nazir AÇIQLADI
Məktəblər 2 həftəlik açılır, SONRA İSƏ... - Nazir AÇIQLADI22-01-2021, 11:22. Разместил: azadses |
Təhsil müəssisələrinin fəaliyyətinin bərpası təkcə Təhsil Nazirliyinin öhdəliyində deyil. Əlaqədar qurumlar, eyni zamanda Operativ Qərargah elmi araşdırmalara əsasən müvafiq qərarlar verir. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, 1 fevraldan etibarən tədrisin mərhələli şəkildə bərpasına qərar verilir: "Ölkə üzrə ibtidai əsaslı, eyni zamanda məktəbəqədər təhsil qruplarında əyani təhsil böyük şəhərlərdə həftədə 3 dəfə, digərlərində isə həftədə 4-5 dəfə bərpa edilir. Bu qərarlar 2 həftə müddətində qüvvədədir. Fevral ayının 15-dən sonra epidemioloji statistik göstəricilərə əsasən müvafiq qərarlar qəbul ediləcək". Nazir bildirib ki, fevralın 1-dən 5-9-cu siniflər, eyni zamanda ali təhsil müəssisələrində müvafiq qərarların verilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu barədə yaxın günlərdə qərar veriləcək: "Nəzərə alsaq ki, metronun fəaliyyətində hazırda məhdudiyyət tətbiq edilib, bu səbəblə hələ ki, 5-9-cu siniflərdə tədris prosesinin ənənəvi qaydada bərpası müzakirə olunur. Paralel olaraq, bölgələrdə tədrisin ənənəvi qaydada bərpasının daha erkən olacağı düşünülür" Вернуться назад |