Главная > Cəmiyyət > Vətəndaşın razılığı olmadan onu cərimələyən məmura SƏRT CƏZA VERİLƏCƏK - Azərbaycanda

Vətəndaşın razılığı olmadan onu cərimələyən məmura SƏRT CƏZA VERİLƏCƏK - Azərbaycanda


22-01-2021, 11:17. Разместил: azadses
İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının pozulması ilə bağlı maddəyə dəyişiklik edilir.

''Azad Səs'' xəbər verir ki, dəyişikliyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, İXM-nin 124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər cərimə olunacaq.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. (report)


Вернуться назад