Главная > Cəmiyyət / Manset > Pərdə, plyonka və jalüzlərlə bağlı yenilik

Pərdə, plyonka və jalüzlərlə bağlı yenilik


22-01-2021, 10:03. Разместил: azadses
Sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb.

Dəyişikliyə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Layihi yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.


Вернуться назад