Главная > Cəmiyyət / Manset > Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ

Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ


21-01-2021, 16:10. Разместил: azadses
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Azad Səs"-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 218 387 nəfər müalicə olunaraq sağalıb, 3 053 nəfər vəfat edib, aktiv xəstə sayı 6 806 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 309, bu günə qədər isə ümumilikdə 2 341 807 test icra olunub.


Вернуться назад