Главная > Cəmiyyət > Azərbaycanda çörəyin qiymətinin 5 qəpik bahalaşması ilə AÇIQLAMA
Azərbaycanda çörəyin qiymətinin 5 qəpik bahalaşması ilə AÇIQLAMA21-01-2021, 11:38. Разместил: azadses |
Azərbaycanda benzinin və dizelin qiyməti qalxdıqdan sonra çörəyin də bahalaşacağı ilə bağlı iddialar var idi. Artıq çörəyin çəkisində azalmalar müşahidə olunur. Bu gün səsləndirilən iddialardan biri də çörəyin qiymətin 5 qəpik bahalaşacağıdır. Azərbaycanda çörəyin qiyməti 5 qəpik bahalaşacaq? Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, əgər çörəyin çəkisi azalıbsa, bunun özü qiymət artımı deməkdir: "Hazırda bütün məhsullarda olduğu kimi çörəyin də maya dəyərində, yəni daşınmasında xərclər artıb. Həm də ərzaq buğdasının idxalçısıyıq. Dünya bazarında da ərzaq buğdasının qiyməti artıb. Bizim ehtiyatlarımız olsa da dünya bazarını izləyən sahibkarlar onun psixoloji təsiri altında unun, buğdanın qiymətini qaldırırlar. Bunların hamısı çörəyin qiymətinə təsir edir. Çörəyin qiymətinin 5 qəpik bahalaşması ehtimalı böyükdür. Düzdür, qiymət artımının nə qədər olacağı ilə bağlı konkret fikir səsləndirmək üçün müəyyən hesablanmaların aparılması vacibdir. Düşünürəm ki, bugünkü şəraitdə çörəyin qiyməti bahalaşacaq. Çörəyin qiymətinin qalxması iqtisadi əsasları var. Amma çörəyin qiyməti dövlətin rəsmi nəzarətində olmasa da, digər inzibati yollarla çörəyin qiymətinin qalxmamasına çalışılır. Xatırlayırsınız ki, idxal buğdasını əlavə gəlir vergisindən azad etdi. Ona görə də bu gün çörəyin qiymətinin qalxması onun qiymətində təzahür edir". Вернуться назад |