Главная > Cəmiyyət > Bakını bürüyən dumanın səbəbi bilindi
Bakını bürüyən dumanın səbəbi bilindi26-02-2020, 13:58. Разместил: azadses |
Rütubətin artması, temperatur inversiyası qatının olması... Bu gün səhər saatlarından başlayaraq paytaxt Bakıda dumanlı hava şəraiti müşahidə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi dumanın səbəblərini açıqlayıb. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, hazırda paytaxtda müşahidə olunan duman təbii metereoloji hadisədir. O qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması dumanın əmələ gəlməsinə şərait yaradıb. Вернуться назад |