Главная > Cəmiyyət > Azərbaycanda bu məmurları həbs gözləyir - MİLLƏT VƏKİLİ ANONS ETDİ...

Azərbaycanda bu məmurları həbs gözləyir - MİLLƏT VƏKİLİ ANONS ETDİ...


20-01-2021, 17:01. Разместил: azadses
"Prezidentin məşhur bir ifadəsi var: ”Mənim bir amalım var. Güclü dövlət qurmaq və xalqıma ləyaqətlə xidmət etmək". Xalqa ləyaqətlə xidmət etmək İlham Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edir".

Bu sözləri Redaktor.az-a millət vəkili Elman Nəsirov Azərbaycanda aparılan kadr islahatlarından danışarkən deyib. O bildirib ki, hər bir məmur xalqa ləyaqətlə xidmət etməlidir:

"Məmur bilməlidir ki, dövlət büdcəsini korrupsiya yolu ilə talamaq, rüşvətxorluqla məşğul olmaq xalqa xidmət yox, dövlətə böyük zərbədir, cinayətdir. Cinayətin isə cəzası olur. Bunu Azərbaycanın dövlət başçısı bugünlərdə də hamıya xəbərdarlıq olaraq qeyd edib. Təəssüflə qeyd edək ki, hələ də bəzi məmurlar onların xüsusi imtiyazı olduğunu guman edirlər.

Bütün bunlardan sonra yenə də ayrı-ayrı məmurlar əvvəlki düşüncələrlə yaşayırlarsa, rüşvət və korrupsiya yolunu seçiblərsə, belə olan vəziyyətdə onların cəzalandırılması labüddür. Son həftələrdə korrupsiya və rüşvətə görə aparılan həbslər də çox ciddi mesajdır ki, cəzalandırma prosesi davam edəcək və rüşvətxorlar, korrupsonerlər canlarını qurtara bilməyəcəklər".

Вернуться назад