Главная > Cəmiyyət > Virusdan sağalanlar bunlara DİQQƏT ETMƏLİDİR

Virusdan sağalanlar bunlara DİQQƏT ETMƏLİDİR


20-01-2021, 16:26. Разместил: azadses
Koronavirusa yoluxanların sayı artsa da bu xəstəlikdən tədricən sağalanlarında da sayı az deyil.
''Azad Səs'' Axşam.az-a istinadən bildirir ki, Covid-19-a yoluxub sağalan insanların bəzilərində müəyyən problemlər yarana bilir. Mütəxəssislər bunların baş verməməsi üçün insanların aşağıdakı qaydalara mütləq riayət etməli olduğunu bildirirlər:
1.Bədənin müqavimətini gücləndirmək üçün təbii qidalardan istifadə etmək lazımdır
Mütəxəssislər sözlərinə görə, bədən ehtiyac duyduğu vitaminləri, mineralları xəstəlik səbəbindən itirir. Ona görə də, gündə 3 dəfə normal qidalanmaq lazımdır. İmmunitet sistemini bərpa etmək və gücləndirmək üçün D, C, B, E vitaminləri, omeqa 3 və sink çox vacibdir. Bunların təbii qidalardan istehlak edilməsi tövsiyyə edilir.
Karbohidratlardan və yağlı qidalardan uzaq durmaq lazımdır. Bunlar həm qaraciyəri yorur, həm də infeksiyadan sonra bədəndəki balansın pozulmasına səbəb olur. Bunun əvəzinə tərəvəz, meyvə, qırmızı ət, toyuq və balıq yeməklərini yemək tövsiyyə olunur. Bundan əlavə hər gün 2-2,5 litr su içmək lazımdır.
2.Həkim məsləhəti olmadan dərman qəbul etməyin
Bəzən xəstələr sağalsa belə müəyyən dərmanların qəbulunu davam etdirmək məcburiyyətində qalırlar. Belə olan halda mütləq həkim məsləhəti almaq lazımdır. Ağ ciyərləri, qaraciyərİ və böyrəkləri yenidən gücləndirmək üçün siqaretdən və spirtli içkilərdən uzaq durmaq lazımdır. Bağırsaqlarda müəyyən bakteria və mineral maddələrin balansı var. O balans pozulduqda problemlər yaradır. Buna görə də sağaldıqdan dərhal sonra antibotiklərin qəbulu da məsləhət deyil. O həmin balansı asanlıqla poza bilir.
3.Mütəmadi idman etmək lazımdır
Mütəxəssilərin digər bir tövsiyəsi isə idmandır... Lakin burada nəzərə alınacaq bəzi məqamlar var. Xəstəlikdən sağaldıqdan sonra tədricən idman etməyə başlamaq lazımdır. İdman həm ağciyərlərdən, həm də bədəndən toksinlərin çıxarılması və digər orqanların tarazlığının qorunmasında böyük əhəmiyyətə malikdir.

Вернуться назад