Главная > Cəmiyyət > İranda koronavirus qurbanları yenə artdı - 19 ölü

İranda koronavirus qurbanları yenə artdı - 19 ölü


26-02-2020, 13:26. Разместил: azadses
Cənub qonşumuz Çindən sonra ikincidir
Cənub qonşumuzda koronavirus qurbanlarınıns ayı durmadan artır. Ən son məlumata görə, artıq bu ölkədə ölənlərin sayı 19 nəfərə çatıb. Səhiyyə Nazirliyinin sözcüsü Kianuş Cahanpur 139 nəfərin də virus dayışıcısı olduğunu qeyd edib. 
Bununla da İran Çindən sonra COVID-19 virusunun ən çox ölümə səbəb olduğu ikinci ölkə olub. Çində adıçəkilən virusdan ölənlərin sayı 277 nəfəri ötüb. 
Xatırladaq ki, ölkə prezidenti Həsən Ruhani də yayılan virusdan danışıb. O, virusa görə, bütün tədbirlərin görüldüyünü, heç bir şəhərdə karantin elan edilməyəcəyini deyib. 
"Koronavirus ölkədəki istehsal və işlərin dayandırılamsı üçün düşmənin əlində silaha çevrilməməlidir". Ruhani bir neçə həftə ərzində xəstəliyin öhdəsindən gələcəklərini və Səhiyyə Nazirliyinin məsələ ilə bağlı hazırladığı hesabatların ümidverici olduğunu da qeyd edib.
Prezident məcburiyyət olmadıqca əhalini sıx olan yerlərdən uzaq dayanmağa səsləyib. 


Вернуться назад