Главная > Cəmiyyət > Koronavirusun ötürülməsinin qarşısını ala biləcək dərman tapılıb

Koronavirusun ötürülməsinin qarşısını ala biləcək dərman tapılıb


20-01-2021, 10:54. Разместил: azadses
“İvermektin” adlı dərman vasitəsi koronavirusun insandan insana ötürülməsinin qarşısını ala, xəstəliyin əlamətlərini yüngülləşdirə bilər.
Bu barədə “EClinicalMedicine” jurnalında dərc olunmuş məqalədə məlumat verilib.
Avropa alimlərinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, “İvermektin” yalnız xəstəlik əlamətlərinin meydana çıxmasından bir neçə gün sonra qəbul edildikdə təsirli ola bilər.  
Qeyd edək ki, sınaqlarda yüngül COVID-19 əlamətləri olan cəmi 24 nəfər iştirak edib. Dərman vasitəsinin effektivliyini sübut etmək üçün daha iri miqyaslı sınaqlara ehtiyac var.  

Oxu.az

Вернуться назад