Главная > Cəmiyyət > COVID-2019-un qurbanları 2700-ü ötdü

COVID-2019-un qurbanları 2700-ü ötdü


26-02-2020, 08:32. Разместил: azadses
İrandan Azərbaycana qayıdan daha 34 nəfər xəstəxanaya yerləşdirildi
Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 78 min 190, bu virus səbəbindən ölənlər isə 2 min 718 nəfərə çatıb. Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 406 yoluxma, 52 ölüm faktı qeydə alınıb.
İndiyədək 29 min 780 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 8 min 752 xəstənin vəziyyəti kirtikdir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 647 min nəfəri müəyyən edib, onlardan 79 mini həkim nəzarətinə alınıb.
Çindən başqa 30-dan artıq ölkədə virusa yoluxma halı qeydə alınıb. Bundna başqa dünyanaın müxtəlif ölkələrində 45 nəfər bu virus nəticəsində həyatını itirib. Ən çox ölüm faktı isə Çindən sonra İrandadır - 16 nəfər. 
Bu arada İran İslam Respublikasından Azərbaycana qayıdan daha 34 nəfər xəstəxanaya yerləşdirilib. Xəstəlik qeydə alınan ərazilərindən gələn 34 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, onların səhhətlərində ciddi problem aşkarlanmayıb.
Bununla da Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilənlərin sayı 57 nəfərə çatıb




Вернуться назад