Главная > Cəmiyyət / İqtisadiyyat > Banklardan kreditlərlə bağlı yeni güzəştlər - FAİZLƏR SİLİNƏCƏK?
Banklardan kreditlərlə bağlı yeni güzəştlər - FAİZLƏR SİLİNƏCƏK?19-01-2021, 14:30. Разместил: azadses |
"Bank kommersiya strukturudur və onun əsas məqsədi pul qazanmaqdır. Lakin bəzi dönəmlərdə pul qazanma xeyli çətinləşir. Bankları hədəf seçib, onları müştəriyə kömək etməyə məcbur etmək və bunu qınaq obyektinə çevirmək düzgün deyil". ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, hər bankın korporativ sosial məsuliyyəti də var və öz müştərilərinə diqqət göstərməlidir: "Bank müştərini tamamilə dəstəkləmək məcnburiyyətində deyil. Hər bir bankın maliyyə imkanları, ehtiyatları və səhmdarlarının verə biləcəyi dəstəyin həcmi fərqlidir. Bankların bu dövrdən zərərsiz çıxması iqtisadiyyat üçün müsbət addımdır. Banklarda rəqabət mühiti, şərtlər eyni deyil və burada islahatlara ehtiyac var. Bu baxımdan hər hansı böyük və kiçik banklar arasında müqayisələr apara bilmərik. Bankın öz müştərisinə dəstəyi fərdi qərarıdır. Yəni, bank öz kommersiya baxışlarına uyğunlaşdıraraq müştərilərin ödənişlərini müəyyən qədər təxirə sala yaxud, əlavə cərimə faizlərində güzəşt edə bilər. Lakin bunu cəmiyyət olaraq bankdan tələb eləmək hüququna malik deyilik". Вернуться назад |