Главная > Cəmiyyət > Azərbaycanda temperatur mənfi 7 dərəcəyə düşdü

Azərbaycanda temperatur mənfi 7 dərəcəyə düşdü


19-01-2021, 09:42. Разместил: azadses
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinin bəzi rayonlarına qar yağıb.
 
''Azad Səs''-in xəbərinə görə, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur. Qubanın Xınalıq kəndində qarın hündürlüyü 15 sm-ə çatıb, temperatur mənfi 7 dərəcəyədək enib.
 
Rayonun Qrız kəndində  qarın hündürlüyü 5 sm, Bostankeş kəndində 3 sm olub.
 
Xızının Altıağac qəsəbəsində 1 sm,Qusarın Ləzə kəndində 5 sm-ə qədər qar qeydə alınıb.
 
Pravda.az

Вернуться назад