Главная > Cəmiyyət > Azərbaycanda vaksin vurulmuş şəxslərlə bağlı YENİ QƏRAR

Azərbaycanda vaksin vurulmuş şəxslərlə bağlı YENİ QƏRAR


18-01-2021, 10:17. Разместил: azadses
Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya aparılan şəxslərlə əlaqədar pasportlaşdırma aparılacaq.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda əksini tapıb.
 
Pasportlaşdırma yekun tövsiyələrə əsasən peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanmasıdır.
 
Sənədə əsasən, pasportlaşdırma vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan 4 mütləq texniki şərtdən biridir.

Вернуться назад