Главная > Cəmiyyət > Kartla onlayn ödəniş edənlərə XƏBƏRDARLIQ - VİDEO

Kartla onlayn ödəniş edənlərə XƏBƏRDARLIQ - VİDEO


18-01-2021, 08:30. Разместил: azadses
Dələduzlar bank kartlarının məlumatlarını ələ keçirmək məqsədilə bankların loqo və adından istifadə edərək oxşar saytlar yaradırlar.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, onlayn ödənişlər həyata keçirdikdə istifadəçilər daxil olduqları saytın rəsmi sayt olduğuna diqqət yetirməlidirlər.
Mərkəz kart məlumatlarının oğurlanmasının qarşısını almaq üçün bir neçə məqamlara diqqət yetirməyi tövsiyə edir.
İlk növbədə heç bir halda kartın arxa tərəfində qeyd olunan CVV kodu kənar şəxslərə bildirilməməlidir. Belə ki, bu məlumat heç bank işçisi tərəfindən də soruşulmur.
CVV kod ancaq onlayn ödəniş etmək və ya balansdan başqa karta pul göndərmək üçün istifadə olunur.
İstifadəçinin kartına pul göndərilirsə, bu halda göndərən tərəfə pulu qəbul edənin CVV kodu tələb olunmur.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elçin Məmmədov deyir ki, başqasına pul köçürülən zaman kartın CVV kodunu göndərmək lazım deyil.
Mütəxəssis bildirir ki, kartla ödəniş edərkən telefona gələn 4 rəqəmli təhlükəsizlik kodunu da kənar şəxslər bilməməlidirlər. Çünki həmin kodun göndərildiyi SMS-də xərcin təyinatı və məbləğ barədə məlumat olur. Bu məlumatlara da diqqət edilməlidir.
Ekspert tövsiyə edir ki, onlayn ödənişlər zamanı vətəndaşlar daxil olduqları sayta diqqətlə baxmalı və onun rəsmi sayt olduğuna əmin olmalıdırlar. (xezerxeber.az)


Вернуться назад