Главная > Cəmiyyət > Ölüm yayan virus Azərbaycanın yanında - 14 ölü
Ölüm yayan virus Azərbaycanın yanında - 14 ölü25-02-2020, 11:41. Разместил: azadses |
İranda ölü sayaı yenidən artıb Azərbaycanın bir addımlığında ölümcül virusun yayılması təhlükəsi günü-gündən böyüyür. Ən son məlumata görə, İranda kornavirus qurbanlarının sayaı bu gün də artıb. Artıq ölkədə virus daşıyıcısı olan 14 nəfər ölüb. Ölkədə ölü sayının 50-yə yüksəldiyi deyilsə də, səhiyyə naziri bu xəbərləri təkzib edib. Said Nameki ötən gün parlamentə təqdim etdiyi hesabatda virusa yoluxanların 47 nəfər olduğunu qeyd etmişdi. Xatırıladaq ki, virusun yayılmasından sonra Azərbaycan İranla sərhəddə gücləndirilmiş iş rejiminə keçib. Azərbaycanın baş infeksionisti Cəlal İsayev İranda koronavirusun yayılması, bu xəstəlikdən hətta ölüm hallarının baş verməsini nəzərə alaraq, həmin ölkəyə getmək istəyən Azərbaycan vətəndaşlarına bəzi tövsiyələrini verib. "İnsanlar çalışsınlar ki, vacib işləri yoxdursa, İrana getməsinlər. İrana getdikləri zaman da çox diqqətli olmalıdırlar”. Fevralın 24-də İrandan Azərbaycana gələn iki nəfər koronavirus şübhəsi ilə Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Вернуться назад |