Главная > Cəmiyyət > Bakıda 7 avtobusun yolu dəyişir

Bakıda 7 avtobusun yolu dəyişir


25-02-2020, 11:33. Разместил: azadses
Dəyişiklik Xocalı qətliamının anım mərasimi ilə bağlıdır
Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından, 7 marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək. Bu Barədə Bakı Nəqliyyat Agentıliyindən məlumat verilib.
Trayektoriyasını dəyişəcək avtobuslar bunlardır: 4, 21, 30, 32, 46, 49 və 175.
"Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək".


Xatırladaq ki, sabah Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.
Belə ki, hərəkət Neftcilər prospekti Yusif Səfərov küçəsi kəsişməsindən düzünə Nobel prospekti, Babək prospektindən Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinə isə yalnız düzünə Heydər Əliyev prospekti istiqamətindən müəyyən edilib.
Anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqaməti dəyişdiriləcək.




Вернуться назад