Главная > Cəmiyyət > Prezidentimizi tezliklə Xankəndində görəcəyik - ŞƏRH
Prezidentimizi tezliklə Xankəndində görəcəyik - ŞƏRH15-01-2021, 17:34. Разместил: azadses |
“Prezident və ailəsinin Şuşaya səfəri məni həm çox sevindirdi, həm də duyğulandırdı. Uşaqlığımın ən şirin çağlarında Şuşanın Gövhərağa məscidində rəhmətlik atam Seyid Bəhram Ağa ilə birlikdə qıldığım namazlar yadıma düşdü, xatirələrim çox dağınıqdır”. Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib. O bildirib ki, Prezidentin Şuşaya səfəri Ermənistana verilmiş tarixi və siyasi mesajdır: “Aparıcısı olduğum “İnam” verilişinin hər cümə buraxılışında kövrələrək dua edirdik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Şuşanın işğaldan azadlığını bizə lütf et. Şükürlər olsun ki, Ali Baş Komandanın şücaəti və ordumuzun yenilməz hünəri sayəsində dualarımız ərşə ucaldı və biz Qarabağın fəthini görə bildik. Xüsusi olaraq Gövhər Ağa məscidinin, mədəniyyət paytaxtının və müsəlman xalqlarının örnək ala biləcəyi müqəddəs Şuşanın erməni işğalçıları tərəfindən ələ keçirilməsi qəlbimizi həmişə sızladırdı. Odur ki, ölkə başçısının bu səfəri, xüsusilə cənab Prezidentin ilk bərpa işlərinin Şuşadan başlanacağını bəyan etməsi, viran vəziyyətində saxlanılmış Gövhər Ağa məscidini ailəsi ilə birlikdə ziyarət etməsi və içəri ayaqqabısız daxil olması, eyni zamanda Mehriban xanımın ora “Qurani-Kərim” aparması məni çox təsirləndirdi. Ali Baş Komandan Şuşanın qanayan yarasına öz isti nəfəsi ilə işıq bəxş etdi, o yaraya sığal çəkdi. Sözsüz ki, dövlət başçısı bu addımı ilə hər bir azərbaycanlının qəlbini fəth etdi. İlham Əliyev bir daha göstərdi ki, dini və milli-mənəvi dəyərlərimizin həqiqi təəssübkeşidir. O, Qarabağa əliboş getmədi, ustad Bülbülün, Üzeyir Hacıbəylinin və Natəvanın güllələnmiş büstlərini öz yerinə yerləşdirməklə narahat və inləyən ruhlarını sevindirdi, tariximizi özümüzə qaytardı. İlahinin diktəsi ilə faktiki olaraq Şuşanın mədəniyyət beşiyi statusunu bərpa etdi, bu büstlərin önündə dayanaraq “Şuşanı göz bəbəyimiz kimi qoruyacağıq” deməklə 100 il sonrakı nəsillərə də tarixi mesajını verdi. 100 minlərlə “Əhli-beyt” sevərlər və Qarabağ Seyid Ocaqları adına Ali Baş Komandana təşəkkür edirəm. Mehriban xanımın Ağdam məscidinə olduğu kimi, Şuşaya da “Qurani-Kərim” aparması həm də ona işarə idi ki, onlar Allahın evində hər zaman mühafizə olunacaq. Cənab Ali Baş Komandanın bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, bu şəraitdə Şuşaya getməsi düşmənlərə və onu müdafiə edənlərə də bir dərs idi. O bildirdi ki, tarixi, əzəli yurdun sahibi mənəm və mən öz yurduma dönmüşəm. Allahdan Ali Baş Komandana sağlam ömür içində zəfərlərinin artması üçün dua edirəm. İmana silah kimi sarılan bu vətənin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizə də Allahdan rəhmət diləyirəm”. C.Əzimbəyli bildirib ki, Prezidentin Şuşadan Xankəndini izləməsi ayrıca bir mesajdır. O, sözlərinə belə davam edib: "Şuşadan baxdıqda Xankəndi ovcunun içində görünür. Ümid edirəm və buna inanıram ki, bizlərə əvəzsiz bir zəfər yaşadan İlham Əliyevi tezliklə xanın kəndi olan Xankəndidə görəcəyik. İnşallah Prezidentimiz qısa zamanda burada da bayrağımızı dalğalandıraraq, açılışlarda olacaq". Вернуться назад |