Главная > Cəmiyyət > BU ölkə "WhatsApp"ı əvəzləyən MESAJ PROQRAMINA KEÇİR

BU ölkə "WhatsApp"ı əvəzləyən MESAJ PROQRAMINA KEÇİR


15-01-2021, 17:25. Разместил: azadses
Turkcell, Türk Telekom və Vodafone, yerli mesajlaşma və sosial media tətbiqləri üçün güclərini birləşdirib.

''Azad Səs'' Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türk Telekom müştəriləri "BiP", Türkcell istifadəçiləri isə Türk Telekomun yeni nəsil sosial media platforması "Yaay" dan internet xərclənmədən istifadə edə biləcəklərini açıqlayıb.

"BiP" və "Yaay" digər tətbiqetmələrlə birlikdə "Vodafone"-nun "Communication Pass" paketində pulsuz olaraq təqdim ediləcək.

Turkcellin müdiri Murat Erkan bununla bağlı danışarkən Türkiyə üçün tarixi bir müqavilə imzaladıqlarını söyləyib. O türk mühəndislərin kəməyi ilə vətəndaşların yerli tətbiqetmələrdən indi rahatlıqla istifadə edə biləcəyini vurgulayıb. Türkiyənin məlumatlarının öz ölkəsində təhlükəsiz qalacağını vurğulayan Erkan gələcəkdə yerli mesajlaşma tətbiqi seçiminə dəstək verəcək razılaşmanın yeni iş birliyinə zəmin yaradacağını da bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məxfilik siyasətinin dəyişikliyinə görə vatsap messencerindən imtina edib. Həmçinin qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, Türkiyənin "Baykar" şirkətinin Baş direktoru Səlcuq Bayraktar da yaxınlarda "WhatsApp" mesajlaşma proqramından imtina etdiyini bildirib.

Həmçinin bildirilir ki, Türkiyə Prezidenti administrasiyası təhlükəsizliklə problemlərinə görə öz qruplarını daha əvvəl "WhatsApp" da yaradılmış, "Turkcell Iletisim Hizmetleri AS"-a aid olan BiP proqramına köçürüb. Ərdoğanın ofisi öz bəyanatında jurnalistləri də BiP-ə keçməyə çağırıb.

Turkcell"in məlumatına görə, BiP messencerə son gün ərzində Türkiyədən milyona yaxın yeni istifadəçi qoşulub.

Вернуться назад