Главная > Cəmiyyət > Dünyanı sevindirən xəbər - koronavirusun dərmanı tapıldı

Dünyanı sevindirən xəbər - koronavirusun dərmanı tapıldı


25-02-2020, 09:48. Разместил: azadses
Martın sonuna kimi həyat normal axarına dönməlidir
Çində koronovirus qurbanlarının sayı 2663-ə çatıb. 27,2 mindən çox insan sağalıb. Bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Sutka ərzində 71 nəfər ölüb, təxminən 2,6 min nəfər xəstəxanadan evə yazılıb. Ölkədə yeni növ koronavirusa yoluxanların sayı 77,6 mini ötüb.
Ölüm xəbərlərinin fonunda Çin dünyanaı rahatladan açıqlama da yayıb. Son məlumata görə, minlərlə insanın ölümünə səbəb olan virusun dərmanı tapılıb. 
Çinin Rusiyadakı səfiri Çang Hanhui bu barədə məlumat verib. Onun sözlərinə görə, xəstəliklə mübarizə üçün peyvənd tapılıb. Ancaq onu bazara çıxarmaq üçün son sınaqlar həyata keçirilməlidir. “Çindəki elm adamlarının tapdığı dərman təsirini sübut edib və testlər uğurla davam edir".
İndi Çində fevralın son günlərində həyatın normal axarına düşəcəyi gözlənilir. Virusun mənbəyi olan Uhanda- Xubey vilayətində isə mart sonuna qədər vəziyyət stabilləşməlidir. 
Səfir birlirib ki, personal Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir, komanda da 2 rusiyalı həkim də var.




Вернуться назад