Главная > Cəmiyyət > Azərbaycanda vaksinasiyadan neçə ay sonra karantin rejimi ləğv ediləcək? - AÇIQLAMA

Azərbaycanda vaksinasiyadan neçə ay sonra karantin rejimi ləğv ediləcək? - AÇIQLAMA


14-01-2021, 15:04. Разместил: azadses
Xəbər verdiyimiz kimi, ölkəmizdə yaxın günlərdə koronavirus əleyhinə vaksinasiyanın başlanması gözlənilir. Ümumiyyətlə, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayı 4000-dən 400-ə düşüb. Bu gün bir çox ölkələrdə vaksinasiya başladıqdan sonra koronavirusun yox olacağı ilə bağlı fikirlər səsləndirilir. Vaksinnasiyadan neçə ay sonra Azərbaycanda karantin rejimi tamamilə ləğv edilə bilər?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran tibb professoru Adil Qeybulla bildirib ki, vaksinasiya virusu zəiflətmir, sadəcə onun geri qayıtmaması üçün şərait yaradır:

"Artıq əhalinin bir çoxunda immunitet yarandıqda virusun yaşam yeri azalır və yavaş-yavaş yoxa çıxır. Vaksinasiya hələ pandemiyanın sonu demək deyil. Peyvənd olunan şəxslərdə 42 gündən sonra immunitet formalaşmağa başlayır.

Hesab edirəm ki, vaksin vurulandan sonra karantin qaydalarına əməl edilməməsi hətta peyvənd vurulan şəxlərin də bu virusa yoluxmasına gətirib çıxara bilər. Vaksinasiya ilə bağlı insanlarda düzgün düşüncə formalaşmalıdır. Düşünürəm ki, ümumi immunitet formalaşsa və vaksinasiya effektli olsa, bir neçə aya koronavirus mutasiyaya uğrayıb, yavaş-yavaş yox olacaq".

Вернуться назад