Главная > Cəmiyyət > İrandan gələn 2 nəfər yüksək hərarətlə xəstəxanaya yerləşdirilib

İrandan gələn 2 nəfər yüksək hərarətlə xəstəxanaya yerləşdirilib


24-02-2020, 16:31. Разместил: azadses
Biri Azərbaycan vətəndaşı, biri də İran vətəndaşıdır
Fevralın 24-də İrandan Azərbaycana gələn iki nəfər koronavirus şübhəsi ilə Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Azadsəs-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.
Həmin şəxslər 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və 1998-ci il təvəllüdlü İran vətəndaşıdır. Məsələ ilə bağlı nazirlik TƏBİB-lə birgə məlumat da yayıb. Bildirilib ki, həmin şəxslərin virusa yoluxan insanlarla heç bir təmasları olmayıb. Onlar həkim müşahidəsinə götürülüb, heç bir şikayətləri yoxdur, temperaturları da normaldır. Onlardan analizlər götürüləcək və nəticəyə uyğun qərar veriləcək.




Вернуться назад