Главная > Cəmiyyət > Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ

Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ


13-01-2021, 15:38. Разместил: azadses
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Azad Səs" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 16 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 743 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 052, bu günə qədər isə ümumilikdə 2 287 959 test icra olunub.


Вернуться назад