Главная > Cəmiyyət > Yanvarın 18-də karantin rejiminin yumşaldılması ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA
Yanvarın 18-də karantin rejiminin yumşaldılması ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA13-01-2021, 15:27. Разместил: azadses |
Yanvarın 18-də Azərbaycanda sərt karantin rejiminin bitməsi gözlənilir. Gündəlik yoluxmaların sayında da xeyli azlama müşahidə olunub. Belə ki, gündəlik yoluxma sayı artıq 4000-dən 500-ə düşüb. Eyni zamanda, ölüm sayında da xeyli azalmalar müşahidə olunub. Bu gün hər kəsi maraqlandıran sual yanvarın 18-dən sonra sərt karantin rejiminin yumuşaldılacağı ilə bağlıdır. Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə hələlik heç bir rəsmi qərar yoxdur: "Əgər bununla bağlı qərar qəbul edilərsə, vətəndaşlarımıza Operariv Qərargah tərəfindən məlumat veriləcək. Hələlik yanvarın 18-də yumaşlamaların olub-olmaması ilə bağlı məndə heç bir məlumat yoxdur". Вернуться назад |