Главная > Cəmiyyət > Dərslər bərpa edilir? – Təhsil Nazirliyi məlumat yaydı

Dərslər bərpa edilir? – Təhsil Nazirliyi məlumat yaydı


13-01-2021, 13:16. Разместил: azadses
Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris prosesinin bərpası ilə bağlı müvafiq qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir.
 
Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda ənənəvi tədrisin bərpası ilə bağlı hər hansı qərar yoxdur.
 
"Qərar olduğu halda Təhsil Nazirliyinin rəsmi internet resurslarında məlumat yerləşdiriləcək", - nazirlikdən qeyd olunub.
 
Qeyd edək ki, hazırda pandemiya səbəbindən dərslər distant formada həyata keçirilir.

Вернуться назад