Главная > Cəmiyyət > Koronavirusla bağlı sosial şəbəkələrdə yayılan səs yazısı haqqında RƏSMİ AÇIQLAMA - SƏS YAZISI

Koronavirusla bağlı sosial şəbəkələrdə yayılan səs yazısı haqqında RƏSMİ AÇIQLAMA - SƏS YAZISI


24-02-2020, 00:46. Разместил: azadses
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar.
Azadsəs xəbər verir ki, Məlumatda sosial şəbəkələrdə koronovirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısının həqiqəti əks etdirmədiyi bildirilir.
Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.
Sosial şəbəkələrdə balaca qız uşaqlarının yayıldığı video isə Azərbaycanda çəkilməyib.
Вернуться назад