Главная > Cəmiyyət > COVID-19-un orqanizmdə yayılmasına təsir göstərən ferment tapıldı

COVID-19-un orqanizmdə yayılmasına təsir göstərən ferment tapıldı


11-01-2021, 13:54. Разместил: azadses
Almaniyanın Tübingen Universitetinin alimləri insan orqanizmində koronavirus infeksiyasının yayılmasına təsir edə biləcək ferment aşkar ediblər.

“Azad Səs” xəbər verir ki, bu barədə “Merkur” portalı məlumat yayıb.

Ekspertlər SARS-CoV-2-nin ağciyərlərdə yayılmasının kompüter modelinin yardımı ilə virusun hüceyrələri onun daxil olmasına kömək edən xüsusi maddələr ifraz etməyə məcbur etdiyini təyin edə bilib.

Mütəxəssislər quanilatkinasa 1 (GK1) fermentinin virus üçün xüsusilə qiymətli olduğunu aşkar edib. Alimlər onu orqanizmdən “çıxardıqdan” sonra SARS-CoV-2-nin çoxalması dayanıb.

Ekspertlər əmindirlər ki, kəşfləri COVID-19-un müalicəsi üçün preparat hazırlanması və təkmilləşdirilməsi üçün vacib olacaq.Report

Вернуться назад