Главная > Cəmiyyət > Vaksin ölümə səbəb olur? – Rəşad Mahmudovdan AÇIQLAMA
Vaksin ölümə səbəb olur? – Rəşad Mahmudovdan AÇIQLAMA9-01-2021, 20:00. Разместил: azadses |
“Bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan pandemiya və epidemiyaların qarşısının alınmasında peyvəndlər həmişə "qızıl açar" rolu oynayıb. Bu gün də belə bir həqiqəti qəbul etməliyik ki, yeni növ koronavirusla (COVID-19) mübarizədə də peyvənddən səmərəli yol yoxdur. Az qala bir ilə yaxındır ki, bütün dünyanın başı üstünü alan dəhşətli və qorxunc infeksiyadan məhz bu yolla xilas olmaq mümkündür”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov deyib. R.Mahmudov bildirib ki, müxtəlif qabaqcıl ölkələrdə kütləvi şəkildə peyvənd aparılmasına başlanılması problemin nəzarət altına alınması üçün onun yeganə vasitə olduğunu göstərir. Tibbi mərkəzlərin və mütəxəssislərin gəldiyi qənaət də bunu təsdiq edir. “Təəssüf ki, bəzi hallarda bu mühüm və vacib kampaniya aparılmasına başlanılmamış hər hansı bir ölkədə baş verən bir və ya iki ölüm halını heç bir mütəxəssis rəyi olmadan peyvəndlə əlaqələndirmək qətiyyən düzgün deyil. Belə yanaşma əhali arasında çaşqınlıq yaranmasına səbəb olur. Bu bir faktdır ki, COVID-19 infeksiyası yayılmamışdan əvvəl də dünyada hər gün həyatını itirən insanlar vardı. Həmin ölüm halı ilə əlaqədar əlində ciddi və əsaslandırılmış fakt olmadan onun peyvəndlə əlaqələndirilməsi həqiqəti əks etdirmir, çünki belə bir qənaətə xüsusi tibbi-ekspert qrupunun rəyindən sonra gəlmək olar. Hələlik indiyə qədər koronavirus peyvəndinin həyatı təhlükəsi ilə əlaqədar hər hansı dəqiq məlumat yoxdur. Dolaşan bəzi məlumatlar isə daha çox spekulyativ xarakter daşıyır, tibbi mərkəz və mütəxəssislərin rəyinə əsaslanmır və qətiyyən həqiqəti əks etdirmir”,- deyə komitə sədrinin müavini vurğulayıb.Pravda.az Вернуться назад |