Главная > Cəmiyyət > Diqqət: Bu gündən daha bir qadağa
Diqqət: Bu gündən daha bir qadağa9-01-2021, 08:15. Разместил: azadses |
Bu gündən yanvarın 11-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. ''Azad Səs''-in məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Qərara əsasən, 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb. Вернуться назад |