Главная > Cəmiyyət > Eldar Həsənovdan SENSASİON AÇIQLAMA

Eldar Həsənovdan SENSASİON AÇIQLAMA


8-01-2021, 13:13. Разместил: azadses
Həbsdə olan sabiq Baş prokuror, səfir Eldar Həsənov vəkili Adəm Məmmədov vasitəsilə mətbuata açıqlama yayıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, A.Məmmədov bildirib ki, onunla söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərə əsaslanaraq bir nəticəyə gəlib: “Bu həbsin səbəbi Eldar müəllimin Baş prokuror kimi fəaliyyət göstərdiyi zamanda respublikamızın hazırda nüfuzlu bir şəxs ilə keçmişdə aralarında yaranmış işçi münasibətinin gərginləşməsinin qisasıdır.
 
Xarici İşlər Nazirliyində əvvəllər vəzifə sahibi olmuş şəxslərin ağır cinayət törətməkdə ittiham edildiyi halda azadlığa buraxılmalarına baxmayaraq, ömrünün çox hissəsini dövlətinə xidmət etmiş sabiq Baş prokuror, səfir Eldar Həsənov hələ də istintaq təcridxanasında saxlanılmasının ona qarşı xüsusilə ayrı-seçkilik olduğunun fərqindədir.
 
O, qəti olaraq özünü təqsirli bilmir. Ümumiyyətlə istintaq dövründə bu ədalətsizlik və qanunsuzluqlara etiraz olaraq ifadə verməkdən imtina edib və gələcəkdə də belə bir niyyəti yoxdur”.
 
Vəkil həmçinin əlavə edib ki, 66 yaşlı Eldar Həsənov ixtisaslaşdırılmış xəstəxanaların birində təcili cərrahiyyə əməliyyatı olunmasa, səhhətindəki problemlərə görə həyatını itirə bilər.
 
Xatırladaq ki, Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
 
E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

Вернуться назад