Главная > Cəmiyyət / Manset > Dövlət Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ
Dövlət Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ7-01-2021, 18:09. Разместил: azadses |
Dövlət Xidməti tərəfindən sahibkarlara xəbərdarlıq edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumatda bildirilir ki, mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin, ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır. Qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən müvafiq Tədbirlər Planı hazırlanır. Tədbirlər Planına uyğun olaraq, nəzarət tədbirlərinin həyata keçirilməsi təmin ediləcək. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərini bu məhsulların istehlak bazarına çıxarılması zamanı mövcud qanuverciliyin tələblərinə riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəktlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilir. a Вернуться назад |