Главная > Cəmiyyət > "8 Noyabr" stansiyası ilə bağlı YENİ XƏBƏR
"8 Noyabr" stansiyası ilə bağlı YENİ XƏBƏR7-01-2021, 14:22. Разместил: azadses |
Bənövşəyi xəttin üzərində yerləşən üçüncü – “8 Noyabr” stansiyası istismara hazırlanır. “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, hazırda əsas inşaat işləri yekunlaşdırıb, stansiyada son tamamlama tədbirləri yerinə yetirilir. 3 səviyyədən ibarət olan stansiya müasir metro inşaatı metod və üsulları, texnologiyalardan istifadə olunmaqla inşa edilib. Burada 13 min 365 kv. m. mərmər-qranit örtüyündən istifadə olunub. Dörd giriş-çıxış keçidi olan stansiyaya sərnişinlərin rahat və təhlükəsiz daxil olub çıxmasını pilləkənlərlə yanaşı, 17 eskalator təmin edəcək. Stansiyada fiziki imkanları məhdud sərnişinlərin istifadəsi üçün nəzərdə tutulmuş 3 lift quraşdırılıb.Pravda.az Вернуться назад |