Главная > Cəmiyyət > Azərbaycanda SUYUN qiyməti BAHALAŞACAQ?- AÇIQLAMA

Azərbaycanda SUYUN qiyməti BAHALAŞACAQ?- AÇIQLAMA


7-01-2021, 13:36. Разместил: azadses
Xəbər verdiyimiz kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Ekspertlər sözügedən qiymət artımının bir çox xidmət sahələrini əhatə edcəyini vurğulayırlar. Bunların içərisində kommunal xidmətlər də var. İnsanların ən çox suya ola təlabatını nəzərə alsaq, bu il suyun qiyməti bahalaşa bilərmi?

Bununla bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli danışıb:

"Hazırda Azərbaycanda su normal qiymətə satılır. Yəni iqtisadi əsaslandırsaq, maya dəyərindən bir qədər baha satılır. Su gəlirli sahədir. Digər tərəfdən həmin sahəsini həm də dövlət subsidiyalaşdırır. Hesab edirəm ki, suyun qiymətində bu il üçün bahalaşma aktual deyil. Su xərcləri indiki vəziyyətə uyğun olaraq kifayət qədər yüksəkdir.

Belə məsələləri təmamilə kökündən həll etmək üçün, mütəxəssis kimi deyirəm ki, həmin sahələrin hamısı özəlləşdirilməlidir və qiymətlər liberallaşdırılmalıdır. Hər il dövlət idarələrinə büdcədən küllü miqdarda subsidiyalar verilir. Şirkətlər özlləşdiriləndən sonra qiymətlər liberallaşdırılıb, subsidiyaları istifadəçi abonentlər arasında bölüb,onlara yardım kimi verilə bilər Yəni həmin pul kompensasiya kimi vətəndaşa verilsə, daha ədalətli olar".

Вернуться назад