Главная > Cəmiyyət > “Hansı kanala baxırsan, müğənni veriliş aparır...” - Deputat

“Hansı kanala baxırsan, müğənni veriliş aparır...” - Deputat


6-01-2021, 09:11. Разместил: azadses
“Tolik qazimizi təhqir edib. Tolik çalışdığı "Xəzər" TV-nin keçmiş rəhbəri Şamxal Həsənovun səviyyəsində olan bir adamdır. Belə olmasaydı, ona veriliş yaratmazdı”.
 
''Azad Səs''-in xəbərinə görə, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.
 
“Bir İlham Mirzəyev də var idi. Bir neçə il xalqa "psixoloq seansları" verdi. Sonra tutdular. O da Vaqif Mustafayev səviyyəsində idi. Belə adamlar artıq efirə qarşı nifrət yaradıblar. Bir alim, bir şair, bir sənətkar və elm adamı televiziya üzü görə bilməz. Televiziya rəhbərilərinin təfəkkürlərinə Alışanov təfəkkürünün radioaktiv tullantıları hopub. İstədikləri özbaşınalıqları edirlər. Qohumbazlığı, dostbazlığı, ədabazlığı gündəlik həyat tərzinə çeviriblər. Hansı kanala baxırsan, müğənni veriliş aparır. İslahatlar universitetlər, Azərbaycan Milli Elmlər Akademiyası və televiziyalardan başlamalıdır. Bunların hər üçünün ictimai rəyə təsiri yoxdur. Vətən müharibəsində Böyük Qələbənin qədrini bilməliyik. Donuq təfəkkürlü, ictimai mənafeni şəxsi mənafenin tapdağı altına salan, yekəxana, savadsız insanlarla üzülüşmək vaxtıdır. Qələbəmizi insan kapitalının inkişafına və tərəqqiyə yönəltməliyik. Tarixə diqqət edin: Böyük qələbədən sonra yüksək tərəqqi başlayır” – E.Əliyev qeyd edib.

Вернуться назад