Главная > Cəmiyyət > Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ

Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ


5-01-2021, 15:45. Разместил: azadses
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2 479 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Azad Səs"-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 31 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 221 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 199 213 nəfər müalicə olunaraq sağalıb, 2 792 nəfər vəfat edib. Hazırda 19 396 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 435, bu günə qədər isə ümumilikdə 2 222 629 test icra olunub.


Вернуться назад