Главная > Cəmiyyət > Mart ayının ikinci yarısından sonra toyların keçirilməsi ilə bağlı AÇIQLAMA

Mart ayının ikinci yarısından sonra toyların keçirilməsi ilə bağlı AÇIQLAMA


5-01-2021, 15:13. Разместил: azadses
Azərbaycanda bir ilə yaxındır ki, koronaavirus pandemiyasına görə toyların keçirilməsinə icazə verilmir. Gündəlik yoluxanların sayında da son günlər kəskin azalma müşahidə olunur. Belə ki, gün ərzində yoluxanların sayı 4000-dən 300-ə düşüb. Yanvar ayının ortalarından da vaksinasiyanın başlanması gözlənilir. Məhz buna görə də mart ayının ikinci yarısından toyların keçirilməsinə icazə veriləcəyi ilə bağlı iddialar var. Mart ayının ikinci yarısından sonra Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Məmmədli bildirib ki, hazırda yoluxanların sayının enməsi, sağalanların isə artması koronavirusla bağlı müsbət tendensiyanın müşahidə olunmasının göstəricisidir:

"Lakin bu müsbət nəticənin birdən-birə ortaya çıxması kimi fikirlərə düşmək düzgün deyil. Sərt karantin rejiminin tətbiqi nəticəsində biz yoluxanların sayının aşağı düşməsinə nail olduq. Sərt karantin rejimi nəticəsində insanların arasında əlaqə azaldı. Həmçinin qoruyucu vasitələrdən istifadə qaydaları da sərtləşdirildi. Bütün bunların nəticəsində yoluxma sayının aşağı düşdüyünün şahidi oluruq. Lakin bu sayın azalması üçün cəmiyyətdə formalaşmış immunitetin faiz nisbətinin yüksək olması lazımdır. Bu immunitet iki cür əldə oluna bilər: yoluxma yolu və vaksinasiya ilə.

Təbii ki, Azərbaycanda yoluxanların dinamikasına baxsaq, görərik ki, xəstəliklə müəyyən kontaktda olma hesabına immunitet qazanan insanların sayı kifayyət qədərdir, amma yetərli deyil. İmmunitet formalaşan insanların sayını biz təbii yolla artıra bilmərik. Bu, həm də risklidir. Azərbaycan dövlətinin ön planda tutduğu məsələ insan sağlamlığının qorunmasıdır. O baxımdan suni immunitetin yaradılması üçün vaksinasiyaya ehtiyac var. Bundan müsbət nəticənin əldə edilməsi üçün isə müəyyən qədər zaman lazımdır. Belə ki, vaksinlərin gətirilməsi, infrastrukturların buna uyğun qurulması və insanlar üçün rahat formaya gətirilməsi vaxt tələb edir".

Deputat qeyd edib ki, Azərbaycanda yanvar ayının ortalarında vaksinasiyaya başlanılacaq:

"Ona görə də karantin qaydalarına və qoruyucu vasitələrə daha ciddi yanaşmalıyıq. Təbii ki, yoluxma sayı azaldıqca və insanların məsuliyyəti artdıqca karantin rejimində müəyyən yumşalmalara gedə bilərik. Vaksinasiyanın müsbət nəticələrini gördükdən sonra da toyların keçirilməsinə icazə verilə, eləcə də digər məsələlərdə müəyyən yumşalmalara gedilə bilər. Hazırda bizim arxayın olmağımız və yoluxma sayını artıracaq tədbirlər keçirməyimiz yenidən ölkə ərazisində koronavirusla bağlı vəziyyəti gərginləşdirə bilər. Mart ayına hələ çox var. Yəqin ki, martda Operativ Qərargah tərəfindən mövcud vəziyyətə uyğun olaraq toylarla bağlı qərar verilcək".


Вернуться назад