Главная > Cəmiyyət > Gələn həftədən "SMS icazə" ləğv edilir?
Gələn həftədən "SMS icazə" ləğv edilir?5-01-2021, 14:02. Разместил: azadses |
Xəbəri verdiyimiz kimi Azərbaycanda koronavirusa yoluxanların sayı 7-8 dəfə azalıb. Belə ki, gündəlik yoluxanların sayı 4000-dən 300-ə düşüb. Qeyd edək ki, yoluxmaların sayı kəskin artdığına görə dekabrən 1-dən yanvarın 18-nə kimi ölkə ərazisində karantin rejimi daha sərtləşdirilərək "sms icazə" sisteminə keçirilib. Yoluxanların sayı azalma dinamikası ilə davam edərsə gələn həftədən "sms icazə" sistemi ləğv edilə bilərmi? Bununla bağlı Sonxeber.az-a danışan tibb professoru Adil Qeybulla bildirib ki, ümumiyyətlə planda var ki, yoluxanların sayı templə azalmağa doğru gedərsə, karantin rejimində müəyyən yumşalmalara gedilsin: "Əlbəttə bunun üçün gündəlik yoluxmaların sayında azalma dinamikasının davamlı olması vacibdir. Eyni zamanda vaksinasiyanın da başlanılması gözlənilir. Əlbəttə vaksinasiyanın nəticəsini qısa müddət ərzində görmək mümkün deyil. Ən azı 42 gün immunitetin formalaşması üçün zaman lazımdır. Vaksinasiyadan əlavə gələcək immunitetin formalaşması və gündəlik yoluxanların sayındakı azalma tendensiyasının davam etməsi,sərt karantin rejiminin yumşalmasına , o cümlədən "sms icazə"nin ləğv edilməsinə gətirib çıxara bilər. Hər şey mövcud vəziyyətdən asılı olacaq". Вернуться назад |