Главная > Cəmiyyət > Ağdamın minalardan təmizlənməsinə başlanılır
Ağdamın minalardan təmizlənməsinə başlanılır4-01-2021, 15:05. Разместил: azadses |
![]() ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiyanın “Lider” xüsusi riskli xilasetmə əməliyyatları mərkəzinin rəisi, general-mayor Anatoliy Savvin bildirib ki, bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin mina və partlamamış hərbi sürsatlardan təmizlənməsi üzrə xüsusi qrupu imzalanmış üçtərəfli sazişə əsasən, Azərbaycan tərəfinə təhvil verilmiş ərazilərə gəliblər. O qeyd edib ki, missiyanın məqsədi döyüş zamanı bu ərazilərdə partlamamış hərbi sürsatların təmizlənməsini həyata keçirməkdir: “Bu qrupun şəxsi heyəti 20 nəfərdən ibarətdir. Bura pirotexniklər, minaaxtaranlar, kinoloqlar və şəxsi heyətin təlim keçirilməsi üzrə instruktorlar daxildir. Qrup ərazilərin minalardan təmizlənməsi üçün bütün texniki avadanlıqlarla təchiz edilib”. Вернуться назад |