Главная > Cəmiyyət > Ləmanla birgə Afət və İlqar da işdən çıxarılıb
Ləmanla birgə Afət və İlqar da işdən çıxarılıb18-02-2020, 14:31. Разместил: azadses |
“REAL” TV-nin əməkdaşı Ləman Ələşrəfqızı televiziyadakı işindən ayrılıb. Bu barədə “Qafqazinfo”ya açıqlama verən tanınmış jurnalist bildirib ki, seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib: “Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı.Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orda işləməyi istəmirik”. Qeyd edək ki, L. Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. *** Ləman Ələşrəfqızı ilə yanaşı REAL TV-dən ayrılanlar arasında digər iki tanınmış əməkdaş da var. Onlar İlqar Mikayıloğlu və Afət Telmanqızıdır. Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən A. Telmanqızı bildirib ki, televiziyanın qoyduğu şərti qəbul etmədikləri üçün hər üçü işdən ayrılıb. Вернуться назад |