Главная > Cəmiyyət > SON DƏQİQƏ: Sərhədçilərimiz Gorus rayonunun Şurnux kəndinə girdi

SON DƏQİQƏ: Sərhədçilərimiz Gorus rayonunun Şurnux kəndinə girdi


2-01-2021, 16:27. Разместил: azadses
Artıq Azərbaycan əsgəri Şurnux kəndində bir post yaratdı.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Sünik rayonunun Şurnux kəndinin bələdiyyə başçısı Hakob Arşakyan deyib.

O bildirib ki, Azərbaycan Ordusunun hərbçiləri yanvarın 5-ə qədər kənddəki ermənilərə vaxt verdi: "Bundan sonra bir nəfər də bu ərazilərdə qalmamalı, heyvanlarımız belə qarşı tərəfə keçməməlidir. Çunki artıq bu ərazilər onlarındır".

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçiləri rusiyalı sülhməramlılarla birgə Zəngəzur bölgəsinin Şurnux kəndinə daxil olublar. Ermənistan tərəfinə kənddəki 12 evin Azərbaycan ərazisinə düşdüyü qeyd edilib.


Вернуться назад