Главная > Cəmiyyət > DİQQƏT: Bu gündən daha bir QADAĞA QÜVVƏYƏ MİNDİ
DİQQƏT: Bu gündən daha bir QADAĞA QÜVVƏYƏ MİNDİ2-01-2021, 11:44. Разместил: azadses |
Bu gündən yanvarın 4-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. ''Azad Səs'' xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Qərara əsasən, 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşıma də dayandırılıb Вернуться назад |