Главная > Cəmiyyət > Onlayn sifarişləri bu portalda bəyan edə bilərsiniz

Onlayn sifarişləri bu portalda bəyan edə bilərsiniz


2-01-2021, 10:53. Разместил: azadses
Yanvarın 1-dən Beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişləri Dövlət Gömrük Komitəsinin e.customs.gov.az portalı vasitəsilə də bəyan etmək mümkündür.
 
Yanvar ayının 1-dən etibarən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslər tərəfindən xaricdən edilən sifarişlərin gömrük orqanlarına bəyan edilməsi məcburidir.
 
Bəyanetmə prosesinin asanlaşdırılması, əlçatanlılığının təmin edilməsi məqsədilə əməliyyatı “Smart customs” mobil tətbiqi ilə yanaşı, e.customs.gov.az portalı üzərindən də həyata keçirmək mümkündür. Bunun üçün e.customs.gov.az portalına daxil olub “Ana səhifə”dəki “Sadələşdirilmiş bəyannamə-Elektron ticarət” bölməsini seçməklə xidmətdən yararlanmaq olar.Pravda.az

Вернуться назад