Главная > Cəmiyyət > Qarabağda ermənilərin bu bölgələrə girişinə icazə verilmədi - 1138 nəfər...

Qarabağda ermənilərin bu bölgələrə girişinə icazə verilmədi - 1138 nəfər...


1-01-2021, 13:12. Разместил: azadses
Dekabrın 31-də Dağlıq Qarabağda aparılan axtarış tədbirləri zamanı xilasedicilər daha 3 hərbçinin cəsədini tapıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, onlar Cəbrayıl və Xocavənd istiqamətində aşkarlanıb.

Ümumilikdə, axtarışların başladığı 23 noyabr 2020-ci ildən bu günədək 1138 nəfərin qalıqları tapılıb.

Kəşfiyyat işlərinin 5 istiqamətdə aparılması planlaşdırılıb. Lakin Azərbaycan bunlardan 2-i üçün icazə verməyib. Xüsusilə, Ağoğlan (Hadrut) və Qubadlıdan söhbət gedir. Ağoğlanda axtarış işlərinin davam etdirilməsi üçün danışıqlar aparılır. Hazırda Füzuli və Xocavənd istiqamətində axtarış işləri davam edir.
Qeyd edək ki, axtarış işləri Qırmızı Xaç və Rusiya sülhməramlı korpusunun vasitəçiliyi ilə əlaqələndirilir.

Вернуться назад