Главная > Cəmiyyət > Qaraciyər üçün ən faydalı qidalar

Qaraciyər üçün ən faydalı qidalar


31-12-2020, 08:19. Разместил: azadses
Qaraciyər unikal orqandır və orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar yerinə yetirir.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Terapevt Marina Malıqina qaraciyərin fəaliyyətini yaxşılaşdıran qidaları açıqlayıb.
Hər şeydən əvvəl mütəxəssis az yağlı ağ balıqlar yeməyi tövsiyə edib. Məsələn: sıf və mintay. Çovdar və buğda çörəyi də almaq daha yaxşıdır:
“Tərəvəz supu və ya digər şorbalar. Sarısı az olan yumurta omleti də xeyirlidir. Xüsusəndə tərəvəz və bal qaraciyər üçün yaxşıdır. Bundan başqa, süd, yağsız kəsmik, kefir, qatıq, qara və yaşıl çay, itburnu suyu da qaraciyərin fəaliyyətinə müsbət təsir edir”.

Вернуться назад