Главная > Cəmiyyət > Lavrovdan Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA
Lavrovdan Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA30-12-2020, 14:26. Разместил: azadses |
“Moskva Dağlıq Qarabağda atəşkəsin pozulması hallarının qarşısını almaq üçün hər cür səy göstərəcək”. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Dağlıq Qarabağdakı rus sülhməramlılarına qarşı hər hansı təxribat qeydə alınmayıb. Nazir Dağlıq Qarabağdakı vəziyyətin Bakı və İrəvanın ortaya çıxan problemləri həll etməyə hazır olması sayəsində normallaşdığını söyləyib: “Tərəflər buna hazır olan kimi Rusiya Qarabağla bağlı qalan məsələlərin həlli üçün görüşlərin təşkilində Azərbaycan və Ermənistana kömək edəcək”. Вернуться назад |