Главная > Cəmiyyət > Yeni ildən sonra istifadəsi qadağan edilən yeməklər açıqlandı

Yeni ildən sonra istifadəsi qadağan edilən yeməklər açıqlandı


30-12-2020, 08:43. Разместил: azadses
Yeni il süfrəsinin bir sıra yeməklərini soyuducuda uzun müddət saxlamaq və növbəti gün istifadə etmək olmaz.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə "Komsomolskaya pravda”ya müsahibəsində Rusiyanın tanınmış həkim-dietoloqu Lüdmila Denisenko bildirib.

O, qeyd edib ki, bəzi yeməklər qida zəhərlənməsinə səbəb ola bilər.

Hər şeydən əvvəl soyutma əti və onun tərkibində olduğu salatı uzun müddət saxlamaq olmaz. Onun yararlılıq müddəti bir sutkadan çox deyil. Əgər bütün Yeni il gecəsi süfrədə qalıbsa, bu yeməyi atmaq lazımdır. Çünki bulyon və jelatin bakteriyaların tez çoxaldığı mühitdir.

Tərkibində zeytun və ya siyənək balığının olduğu qarışıq salatları da, həmçinin otaq şəraitində çox saxlamaq lazım deyil. Lakin onları soyuducuda qapağı kip bağlanan qabda saxlamaq olar.

Mütəxəssis qeyd edib ki, tərəvəz salatlarını otaq temperaturu şəraitində 12 saatdan çox saxlamaq qadağandır.

Dietoloqun sözlrinə görə, ev şəraitində hazırlanan paşteti yalnız soyuducuda saxlamaq olar. Amma bu da altı saatdan çox olmamalıdır.

Ət yeməkləri bu halda 12 saata qədər saxlanılır. Əks təqdirdə müəyyən fəsadlar ortaya çıxa bilər.


Вернуться назад